Ukrayna dronu Voronejdə yaşayış binasına düşüb | VİDEO

Ukrayna dronu Voronejdə yaşayış binasına düşüb    | VİDEO
  17 İyul 2025    Oxunub:590
Rusiyanın Voronej şəhərinə endirilən zərbələr zamanı Ukraynanın pilotsuz təyyarəsi yaşayış binasının yuxarı mərtəbələrinə dəyib.
AzVision.az xəbər verir ki, şahidlərə istinad edən “SHOT” Telegram-kanalının məlumatına görə, dron Ayvazovski küçəsindəki çoxmərtəbəli yaşayış binasını vurub.

Nəticədə yanğın başlayıb, binanın fasadı, bir neçə mənzil və həyətdə dayanmış avtomobillərə ziyan dəyib. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Qurbanlar barədə hələ ki, məlumat yoxdur.

Bundan əvvəl Voronej vilayətinin qubernatoru Aleksandr Qusev hava hücumundan müdafiə (HHM) qüvvələrinin şəhər səmasında bir neçə PUA vurduğunu bildirib.

Bu, həftə ərzində Voronejə ikinci dron hücumudur. İyulun 15-də dron hücumundan sonra bölgədə fövqəladə vəziyyətin qüvvədə olduğu açıqlanmışdı. Qurumların fəaliyyətini əlaqələndirmək üçün regional hökumət yanında operativ qərargah yaradılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Voronej   dron   zərbə  



Xəbər lenti